AZ

“Bizi “Kəpəz”lə ilin oyunu gözləyir” – Sxadadze

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində “Qarabağ” qarşı keçirdikləri səfər oyunu haqda danışıb.

Futbolinfo.az xəbər verir ki, o, 2:2 hesabı ilə matçı belə şərh edib:

“Pozitiv məqam odur ki, bu gün komandam yaxşı oyun nümayiş etdirdi. Nəzərə alaq ki, rəqibimiz “Qarabağ” idi. Hesabda geri düşsək də, bərabərlik qolunu vura bildik. Bu da pozitiv məqamdır. “Qarabağ”a qarşı oynamaq çətindir. Futbolçularımız bəzi səhvlər etdilər. Bu da bu günün neqativ tərəfidir. Sadə səhvlərdən top itirirdik. Qarşıda bizi “Kəpəz”lə ilin oyunu gözləyir. Bütün fikrimizi həmin matça yönəltməliyik”.

Seçilən
78
5
Mənbələr
Şərh ()
Bağla