AZ

Kaxaber Tsxadadze "Qarabağ"dan xal aldığı oyun haqda danışdı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Misli Premyer Liqasının 31-ci turunda "Qəbələ" səfərdə "Qarabağ"la 2:2 hesablı heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze oyunu şərh edib:

"Pozitiv məqam odur ki, bu gün komandam yaxşı oyun nümayiş etdirdi. Nəzərə alaq ki, rəqibimiz "Qarabağ" idi. Hesabda geri düşsək də, bərabərlik qolunu vura bildik. Bu da pozitiv məqamdır. "Qarabağ"a qarşı oynamaq çətindir. Futbolçularımız bəzi səhvlər etdilər. Bu da bu günün neqativ tərəfidir. Sadə səhvlərdən top itirirdik. Qarşıda bizi "Kəpəz"lə ilin oyunu gözləyir. Bütün fikrimizi həmin matça yönəltməliyik".

Seçilən
68
4
1

1Mənbələr

Şərh ()
Bağla