EN

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb.

BiG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib.

Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb.

ABŞ-ın məlumatına görə, İsrail cümə günü yerli vaxtla səhər saatlarında İrana qarşı əks-hücum başlayıb.

ABC News qeyd edib ki, İsrailin Suriya və İraqın bəzi hissələrini də vurması ilə bağlı iddialar təsdiq olunmayıb.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
103
31
Sources
Comment ()
Close