EN

Samirə Mustafayeva AzTV-dən ayrıldı

Tanınmış teleaparıcı Samirə Mustafayeva AzTV-dən ayrılıb.

Teleaparıcı AZXEBER.COM-a açıqlamasında öz istəyi ilə işdən ayrıldığını deyib: 

\"Bu il mənim üçün xüsusi ildir. Çünki, qızım orta təhsilini bitirib ve artıq xaricdə təhsilə hazirlaşır. Universitet seçimi, yerləşmə , bunlar hamısı hazırda önəmlidi və zamanımı daha çox bu işlərə ayırdığımdan tez -tez xaricə səfərim olur. Eyni zamanda artıq 1 ilə yaxındı TV ilə paralel olaraq çalışdığım digər şirkətin xaricdə keçirilən layihələrinə qatılıram.

Teleaparıcı vaxt qıtlığına görə işdən ayrıldığını deyib:

\"Hər gün canlı efir olduğu üçün mütəmadi olaraq işdən icazə ala bilmirdim. Çalışdığım doğma AZTV-dən isə ayrılmaq mənə mənən çox çətin oldu. Çünki peşəkar komanda və hər zaman diqqət və qayğısını işçidən əskik etməyən sədrin rəhbərliyi ilə çalışmışam”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
496
16
azxeber.com

10Sources