AZ

İsrail ordusu son 24 saatda Qəzzada 100-dən çox yerə hava zərbələri endirib

İsrail ordusu son 24 saat ərzində Qəzza zolağında 100-dən çox yerə hava zərbələri endirib.

BiG.AZ xəbər verir ki, ordunun verdiyi açıqlamada Qəzza zolağına hücumlardan qaçan təxminən 1,5 milyon insanın sığındığı Rəfahın şərqində quru hücumlarının davam etdiyi bildirilib.

Açıqlamada bildirilib ki, son 24 saat ərzində döyüş təyyarələri və silahlı pilotsuz uçuş aparatları (PUA) Qəzzada 100-dən çox yerə hava zərbələri endirib.

Vurulan yerlərin HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına aid hədəflər olduğu iddia edilib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
31
big.az

10Mənbələr