EN

Telefon yanıb sahibini öldürdü

Telefon yanıb sahibini öldürdü

Rusiyanın Perm şəhərində mobil telefon evdə yanğına səbəb olub.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, Raboçe-Krestyanskaya küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzilində mobil telefon kortəbii alışıb. Nəticədə 72 yaşlı kişi xəsarət alıb. O, daha sonra xəstəxanada dünyasını dəyişib.

"İlkin məlumata görə, yanğına səbəb elektrik avadanlıqlarının nasazlığı olub. Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsinə yönəlmiş yoxlama tədbirləri aparılır", - deyə regional İstintaq Komitəsi qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
162
1
Sources
Comment ()
Close