AZ

35 ilin müəllimini narazı salan məqamlar: "İndiki gənclər gələcək nəslə nə ilə örnək olacaq?" - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

35 ilin müəllimini narazı salan məqamlar: "İndiki gənclər gələcək nəslə nə ilə örnək olacaq?" - VİDEO

"Gənc nəsil uşaqlarımıza nümunə olmalıdır. Heç olmasa böyüklərdən nəyisə ibrət almalıdırlar. Cəmiyyət məktəb və ailə. Hər şeyə ən birinci ailədən başlamalıyıq. Çünki tərbiyəni uşaq ailədən götürür. Cəmiyyət isə gərək özü püxtələşsin. Uşaqlar çox şeyi cəmiyyətdən öyrənə bilərlər. Yüz dəfə oxumaqdansa bir dəfə görmək lazımdır. Görəndə uşaqlar daha çox şey öyrənə bilir. Valideyn uşağa qadağa qoyur ki, bunu etmə. Amma gərək valideyn uşağa nümunə olsun.

Sonxeber.az xəbər verir ki, bu sözləri vətəndaşlardan bir nəfər "İtv Xəbər"ə açıqlamasında deyib. O bildirib ki, indiki gəncliyi bəyənir, amma bəzi iradları var:

"Biri var tənqid, birdə var ki, nəyisə təbliğ edəsən. Çox adam edilən tənqidi qəbul etmir. Amma gərək sən nəyəsə nümunə olasan ki, qarşı tərəf səndən nəsə götürə bilsin. Gəncliyimizde elə adamlar var ki, keçmiş nəslə nümunədir. Mən özüm elə şəxslər görmüşəm. Mən özüm 35 il müəllim işləmişəm".

Ətraflı "İtv Xəbər"in süjetində:

Seçilən
220
50
Mənbələr
Şərh ()
Bağla