EN

Apellyasiya Arbitraj Tribunalı AFFA İK-nın qərarını dəyişdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin Birinci Liqada mübarizə aparan “İmişli” komandası ilə bağlı qərarını dəyişdirib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, adıçəkilən klubun apellyasiya şikayəti qismən təmin olunub.

Belə ki, 20-ci turda “Mingəçevir”lə keçirilən görüşün 80-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Gilyerme Silvaya İntizam Komitəsi tərəfindən verilən 2 oyunluq cəza 1 matça endirilib. Digər bir oyunluq sanksiya şərti olaraq tətbiq edilib.

Futbolçuya 3 ay sınaq müddəti verilib. 150 manatlıq cərimə isə qüvvədə saxlanılıb.

Maraqlı tərəflərin bu qərardan İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüquqları var.

Qeyd edək ki, “Mingəçevir” – “İmişli” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Chosen
126
7
Sources
Comment ()
Close