EN

Misir və ABŞ Rəfah əməliyyatına qarşıdır

Tarix: 13 Aprel 2024 06:20

Qahirə və Vaşinqton İsrail qüvvələrinin Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhəri ərazisində mümkün hərbi əməliyyatını qəbuledilməz hesab edir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Sameh Şükri və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı zamanı bildirilib.
"Söhbət zamanı Misir XİN rəhbəri və ABŞ dövlət katibi İsrailin Rəfah bölgəsində hər hansı mümkün quru hərbi əməliyyatının, xüsusilə bu cür addımların ciddi humanitar nəticələrini və sabitliyə təhlükəli təsirini nəzərə alaraq, yolverilməzliyini təsdiqləyiblər", - deyə Misir XİN nümayəndəsi Əhməd Əbu Zeyd bildirib.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
227
8
sonxeber.net

7Sources