AZ

Misir, Fransa və İordaniya İsraili Rəfah əməliyyatına qarşı xəbərdar edib

Misir, İordaniya və Fransa liderləri hesab edir ki, İsrail ordusunun Rəfahdakı əməliyyatı regionda gərginliyə səbəb ola bilər...Misir, İordaniya və Fransa liderləri - Əbdülfəttah əs-Sisi, II Abdullah və Emmanuel Makron İsraili Qəzza zolağında yerləşən Rəfah şəhərində planlaşdırılan hərbi əməliyyata qarşı xəbərdar ediblər.Poliqon xəbər verir ki, bu barədə Misirin “Al Youm As-Sabia” nəşri məlumat yayıb. Siyasətçilər birgə bəyanatda belə bir addımın region üçün ciddi nəticələrini vurğulayıblar.Çərşənbə axşamı Misirin “Al Youm As” portalında dərc olunan bəyanatda deyilir:“Biz 1,5 milyondan çox fələstinli mülki vətəndaşın evlərini tərk etmək məcburiyyətində qalacağı Rəfahda İsrailin işğalının ağır nəticələri barədə xəbərdarlıq edirik”.Siyasətçilər əmindirlər ki, İDF əməliyyatı yalnız daha çox ölüm və iztirablara səbəb olacaq.“Rəsmi Təl-Əvivin bu addımı yalnız Qəzza zolağında yaşayan fələstinlilərin məcburi köçkünlüyünün risklərini və nəticələrini artıracaq. Bundan əlavə, Rəfah əməliyyatı bölgədə gərginliyə səbəb ola bilər”, deyə bəyanatda vurğulanır.Əl-Sisi, II Abdullah və Makron BMT Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsinin dərhal və qeyd-şərtsiz yerinə yetirilməsinə çağırıblar. Onlar həmçinin Qəzza zolağında daimi atəşkəsə nail olunmasının vacibliyinə diqqət çəkiblər.Aprelin 7-də İsrail Qəzza zolağının cənubundan demək olar ki, bütün qoşunlarını çıxarıb. Yəhudi dövlətinin müdafiə naziri bunun Rəfah şəhərində hərbi əməliyyata hazırlıq məqsədilə edildiyini izah edib.Poliqon.info

Seçilən
148
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq