Rusiyanın Başqırdıstanda yollardan birində avtomobilin küvetə aşması sonucunda üç nəfər ölüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə region üzrə yol polisi idarəsinin mətbuat xidməti məlumat yayıb.
“Hadisə bu gün saat 18:30 radələrində Krasnaya Başkiriya – Pokrovka avtomobil yolunun 2-ci km-də baş verib. İlkin məlumata görə, “Hyundai Accent” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili küvetə aşırıb”, – məlumatda deyilir.