AZ

İstanbuldakı yanğında ölənlərin sayı 29 nəfərə çatıb YENİLƏNİB VİDEO

İstanbuldakı

İstanbul, 2 aprel, Günel Karatepe, AZƏRTAC

İstanbulun Beşiktaş rayonunda 16 mərtəbəli binanın zirzəmi qatında səbəbi hələlik bilinməyən yanğın nəticəsində ölənlərin sayı 29-а yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İstanbul valiliyi açıqlayıb.

Yanğında ağır yaralanan bir nəfərin müalicəsi davam etdirilir.

Ədliyyə naziri Yılmaz Tunc hadisədə təqsirli bilinən beş nəfərin saxlanılması ilə bağlı qərar qəbul edildiyini, İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başlandığını bildirib.

17:42

İstanbulun Beşiktaş rayonunda 16 mərtəbəli binanın zirzəmi qatında baş verən yanğında ölənlərin sayı 25-ə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İstanbul valiliyi açıqlayıb.

Bildirilib ki, yanğında yaralanan üç nəfərin müalicəsi davam edir. Onların vəziyyəti ağırdır.

Hadisədə təqsirli bilinən beş nəfərin saxlanılması ilə bağlı qərar qəbul edilib. İstintaq aparılır.

17:25

İstanbulun Beşiktaş rayonunda baş verən yanğın nəticəsində yaralanan daha üç nəfər həyatını itirib. Bununla da ölənlərin sayı 15-ə yüksəlib. Yeddisi ağır olmaqla, səkkiz yaralıya xəstəxanada tibbi yardım davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İstanbul valiliyi tərəfindən yayılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Ali Yerlikayadan hadisə ilə bağlı məlumat alıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

16:46

İstanbulun Beşiktaş rayonunda baş verən yanğında ölənlərin sayı 12-yə yüksəlib. Yaralı olaraq xəstəxanaya çatdırılan 11 nəfərdən yeddisinin vəziyyəti ağırdır.

AZƏRTAC xəbər verir ki, bunları hadisə ilə bağlı açıqlamasında İstanbul valisi Davut Gül deyib.

Bildirilib ki, yanğından təsirlənənlər 16 mərtəbəli binanın zirzəmi qatında yerləşən əyləncə mərkəzinin yenidən qurulmasını aparan işçilərdir.

Başda İstanbul prokuroru olmaqla, bütün aidiyyəti qurumların əməkdaşları hadisə yerinə gəlib. Yanğının başvermə səbəbləri hələ ki, bəlli deyil. Araşdırma aparılır.

16:10

İstanbulun Beşiktaş rayonunda yerləşən 16 mərtəbəli binanın birinci qatında baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, ilkin məlumata əsasən yanğında, həmçinin 7-si ağır olmaqla, 13 nəfər yaralanıb. İstanbul Valiliyi hadisə ilə bağlı istintaq başladıldığını açıqlayıb.

Yanğının binanın alt qatında aparılan inşaat işləri ilə əlaqəli olduğu ehtimal edilir. Zirzəmidə insanların olduğu bildirilir. Onların təxliyəsi istiqamətində işlər aparılır.

Bölgəyə 31 yanğınsöndürən maşını cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
14
azertag.az

10Mənbələr