AZ

Keniyada iki yol-nəqliyyat qəzasında 14 nəfər ölüb

Keniyada

Bakı, 9 aprel, AZƏRTAC

Keniyanın şimal-qərbində iki yol-nəqliyyat qəzası nəticəsində azı 14 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Rift vadisinin regional nəqliyyat komendantı Doroti Mulekenin açıqlamasına görə, minik avtomobilin yük maşını ilə toqquşması nəticəsində altı nəfər ölüb. Qəza yük maşınının əyləcinin nasazlığı səbəbindən baş verib.

Nakuru-Eldoret şosesində üç avtomobilin iştirakı ilə baş verən digər qəzada isə azı səkkiz nəfər həlak olub.

Rəsmi statistikaya görə, Keniyada son üç ayda avtomobil qəzalarında mindən çox insan həyatını itirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
235
50
azertag.az

10Mənbələr