EN

Biləsuvarda "Mercedes" çevrildi, xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə magistralında, Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində qeydə alınıb.

İmişli rayon Sarxanlı kənd sakini 1992-ci il təvəllüdlü Amil Ramiz oğlu Əsədov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Qəza nəticəsində sürücü və sərnişin olan həmkəndliləri, 1996-cı il təvəllüdlü Nicat Telman oğlu Tarverdiyev və 1991- cı il təvəllüdlü Murad Zahir oğlu İsmayıllı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
217
5
Sources
Comment ()
Close