EN

Dünyada şəkər və düyü ucuzlaşıb

FAO-nun Şəkər Qiyməti İndeksi fevral ayından etibarən 5,4 faiz azalıb.

APA-Economics”in xəbərinə görə, bu azalmaya səbəb istehsalın Hindistanda 2023-2024-cü illər üçün şəkər istehsalı proqnozundan daha yüksək olması və Taylandda məhsul yığımının sürətinin artması ilə əlaqədar olub. Bundan başqa, FAO-nun Düyü Qiymətləri İndeksi də 1,7 faiz azalıb.

Şəkər və düyü ilə müqayisədə dünyada digər məhsulların qiymətində artım müşahidə olunub. Belə ki, martda FAO-nun Bitki Yağı Qiymətləri İndeksi daha əvvəlki ayla müqayisədə 8 faiz artaraq ilin ən yüksək səviyyəsinə çatıb.

FAO-nun məlumatına görə, beynəlxalq miqyasda palma yağının qiymətləri aparıcı istehsalçı ölkələrdə mövsümi olaraq aşağı hasilat və Cənub-Şərqi Asiyada yüksək daxili tələblə əlaqədar artıb.

Braziliya və ABŞ-da bioyanacaq sektorunda isə soya yağına güclü tələbat yaranıb.

FAO-nun Süd Məhsullarının Qiymətləri İndeksi ardıcıl olaraq altıncı aydır ki, artıb. Belə ki, martda FAO-nun Süd Məhsullarının Qiymətləri İndeksi fevral ayına nisbətən 2,9 faiz artıb. Buna səbəb dünyada pendir və yağ qiymətlərinin artması olub.

FAO-nun Ət Qiyməti İndeksi artıb

Martda quş əti, donuz və iribuynuzlu ətlərin beynəlxalq qiymətləri əvvəlki ayla müqayisədə 1,7 faiz artıb.
Bunun əksinə, FAO Taxıl Qiyməti İndeksi 2,6 faiz azalaraq 2022-ci ilin mart ayından orta hesabla 20 faiz aşağı olub. Qlobal buğda ixracında qiymətlərin aşağı düşməsinə səbəb olaraq ixracla bağlı güclü rəqabətin olması göstərilib.

Bundan başqa, FAO-nun məlumatında qeyd olunur ki, ötən ay qarğıdalının ixrac qiyməti Ukraynadakı logistik çətinliklərlə əlaqədar qismən yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
116
34
apa.az

10Sources