AZ

“G7-nin yenidən silahlanması üçün 10 ildə 10 trilyon dollar lazım olacaq” – Bloomberg


G7 Yeddilik Qrupu ölkələrinin yenidən silahlanma planlarını həyata keçirmək üçün növbəti on il ərzində 10 trilyon dollardan çox vəsaitə ehtiyacı olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, bu, hərbi xərclərin ÜDM-in 4%-i səviyyəsində artması demək olacaq.
“Bloomberg” yazır ki, qlobal müdafiə xərcləri 2023-cü ildə 2,2 trilyon dollara çatsa da, bəzi Avropa ölkələri yenidən silahlanma haqqında düşünməyə başlayıblar.
“Bu, çox güman ki, müdafiə şirkətlərinin, hökumət maliyyələrinin və maliyyə bazarlarının transformasiyasına gətirib çıxaracaq”, - agentliyin analitiki Cennifer Uelç deyib.
Onun sözlərinə görə, iqtisadi cəhətdən zəif olan Qərb ölkələri borclanmanın artırılması, büdcənin digər maddələri üzrə xərclərin azaldılması və vergilərin artırılması arasında ağrılı seçimlər etməli olacaqlar.
“Bloomberg” qeyd edib ki, Qərb ölkələrinin müdafiə xərclərini artırmaq istəyi ilk növbədə mövcud münaqişələr, eləcə də Çindən gələn təhdidlərlə bağlıdır. Eyni zamanda agentlik qeyd edib ki, hazırda dünyanın bir çox ölkələrində, o cümlədən Asiya ölkələrində silah qiymətlərində artım müşahidə olunur.
Qeyd edək ki, martın 14-də NATO-nun baş katibi Yens Stoltenberq də Şimali Atlantika Alyansının təhlükəsizliyinə dair illik hesabatda NATO-nun 2023-cü ildə hərbi xərclərinin görünməmiş dərəcədə - 11% artdığını bildirmiş, bununla belə alyans ölkələrinin 2024-cü ildə müdafiəyə 470 milyard dollar (ümumi ÜDM-nin 2%-i qədər) sərmayə qoyacaqlarını əlavə etmişdi.
Seçilən
122
34
Mənbələr
Şərh ()
Bağla