EN

Azərbaycan həndbol millisi bu gün növbəti oyununu keçirəcək

Qadın həndbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün V tura start veriləcək.

“Report”un məlumatına görə, 5-ci qrupda yer alan Azərbaycan millisi növbəti oyununa çıxacaq.

Yığma Şimali Makedoniyanı qəbul edəcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Komandalar arasında Şimali Makedoniyada keçirilən görüşdə meydan sahibləri 40:17 hesablı qələbə qazanmışdılar.

Hazırda Azərbaycan millisi 2 xalla qrupda sonuncu – 4-cü pillədə yer alıb. Şimali Makedoniya isə 4 xalla ikincidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
155
45
report.az

10Sources