EN

İftar süfrəsi üçün fərqli reseptlər

"İftar menyusu"nu təqdim edirik:

Mantı şorbası

Ərzaqlar:

Xəmiri üçün:
3-3,5 stəkan un
1 yumurta
1 stəkan su
1 çay qaşığı duz

İç üçün:
300 qram qiymə
1 soğan
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər

Bişirmək:
1 stəkan qaynadılmış noxud
1 orta boy soğan
2 diş sarımsaq
1 xörək qaşığı tomat pastası
3 xörək qaşığı yağ
4 stəkan su
1 çay qaşığı duz
1 çay qaşığı quru nanə
1 çay qaşığı qara bibər
1 çay qaşığı çili bibəri

Hazırlanması:

Xəmir üçün sudan başqa bütün ərzaqları bir qaba qoyun. Az-az su əlavə edib yoğurun. Əlinizə yapışmayan bir xəmir alın. İçi üçün soğanı rəndələyin, duz, istiot və əti atıb qarışdırın. Xəmiri iki hissəyə ayırıb, yayıb,, kəsib, içərisinə ət qoyub, balaca düşbərə formasında formalar hazırlayın. Kənarda qazanda soğan və sarımsağı yağda qovurun. Sonra tomat pastasını əlavə edib qovurun. Qaynar su əlavə edib qaynamağa buraxın. Qaynayanda içərisinə mantıları tökün. Sonda duz və istiot əlavə edin. Süfrəyə verərkən üzərinə nanə qurusu əlavə edin.

"Orman kababı"

Ərzaqlar:

500 qram mal əti
2 orta boy soğan
2 yerkökü
2 kartof
1 xörək qaşığı tomat pastası
2 xörək qaşığı un
3 xörək qaşığı zeytun yağı
1 stəkan yaşıl noxud (konservləşdirilmiş)
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1 çay qaşığı kəklikotu
1/4 çay stəkan zeytun yağı (kəklikotunu qovurmaq üçün)

Hazırlanması:

Kub şəklində doğranmış əti 1 xörək qaşığı zeytun yağı və 2 xörək qaşığı unla qarışdırın. Qalan 2 xörək qaşığı zeytun yağını qazanda qızdırın, əti əlavə edib qovurun. Ət suyunu çəkəndən sonra boşqaba qoyun. İri doğradığınız soğanları eyni qazanda qovurun. Bu mərhələdə istəsəniz bir az da zeytun yağı əlavə edə bilərsiniz. Sonra doğranmış yerkökü əlavə edin və qovurmağa davam edin. Sonda kartofu əlavə edib qovurun. Tərkiblər qovrulduqdan sonra ət, 1 xörək qaşığı tomat pastası və 1 xörək qaşığı kərə yağı əlavə edib bişirin. Üzərini örtəcək qədər qaynar su əlavə etdikdən sonra duz və istiot əlavə edib ət yumşalana qədər odda saxlayın. Ət yumşaq olduqdan sonra noxudu əlavə edin. Qalan 1 xörək qaşığı kərə yağında bol kəklikotu qızardın və yeməyin üzərinə tökün.

Mannılı şirniyyat

Ərzaqlar:

Xəmiri üçün:
2,5 stəkan mannı yarması
1 stəkan şəkər tozu
1 stəkan (2 barmaq əskik) süd
1 çay qaşığı soda

Şərbəti üçün:
1,5 stəkan su
2 stəkan şəkər tozu
1 dilim limon

Üzəri üçün:
1 çay qaşığı bəhməz
2 xörək qaşığı su

1/2 ovuc duzsuz fıstıq

Hazırlanması:

Əvvəlcə dərin bir qabda şəkər, mannı, süd və soda töküb qarışdırın. Qarışığı hazırladıqdan sonra bir müddət kənarda saxlayın. Mannı şişəcək və şirniyyat daha dadlı alınacaq. Sobaya qoyacağınız qabı yağlayıb, qarışığı tökün. Sobaya qoymadan əvvəl dilimləyin. Üzərinə bəhməz-su qarışığı yayıb, hər dilimin ortasına zolaq şəklində fıstıq düzün. Xəmir bişərkən şərbət hazırlayın. Kiçik bir qazana şəkər, su və limon dilimini qoyub qaynadın. Qaynadıqdan sonra 10 dəqiqə daha az odda bişirin. Bu şirniyyatda həm şərbət, həm də desert isti olmalıdır. Şirniyyatı sobadan çıxardıb, yenidən doğrayıb, daha 10 dəqiqə sobada saxlayın. Sonra götürüb şərbətini tökün.

Axşam.az


BiG.Az
Chosen
72
16
Sources
Comment ()
Close

Rating

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17485
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17235
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16224
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14662
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13624
Çingiz Mustafayevin toyudur - FOTOLAR
10430
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10245
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9021
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
8706
"Zaur, yenə çaşdın..." - VİDEO
8269
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7321
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7081
Minimum əmək haqqı nə qədər arta bilər?
6483
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6071
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5793
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4914
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4758
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4674
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
3939