AZ

Sarımsaq qoxusunun qarşısını almaq üçün bunları edin

Sarımsaq sevənlər bilir, qoxusu uzun müddət bədəndə qalır. Yediyiniz sarımsaqlı yeməyin üstündən 24 saat keçsə də, qoxusu nəfəsinizdə və tərinizdə hiss edilir. Hətta, dodağınıza sarımsaq sürtsəniz belə, eyni nəticə ilə üzləşəcəksiniz.

News24.az lent.az-a istinadən xəbər verir ki, 1936-cı ildə "Journal of the American Medical Association"da dərc olunan bir məqalədə həkimlər, xortum ilə mədəsinə sarımsaqlı şorba verilən bir xəstənin nəfəsindən, bir neçə saat sonra sarımsaq qoxusu gəldiyini qeyd etmişdilər.

Başqa bir həkim isə sarımsaq iyi verən hamilə bir qadının doğuşundan sonra, körpənin də eyni şəkildə qoxuduğunu yazmışdı.

Bir neçə il öncə Ohia Dövlət Universitetindən Sheryl Barringer sarımsaqla yeyilən bəzi qidaların qoxunu aradan qaldıra bilmək mövzusunu araşdırıb. Kahı, cırdaquş, kərəviz, kartof, cəfəri, nanə, reyhan və göbələk kimi bəzi tərəvəzlərin sarımsaq iyini azaltdığı bəlli idi. Barringer tələbələri ilə bunun səbəbini və necə olduğunu araşdırıb.

Ən çox işə yarayan qidaların kahı, nanə və alma olduğu aşkar olunub. Amma bunlar bişdikdə eyni təsiri göstərmirdi. Deməli, bu qidalardakı bəzi fermentlər, bişəndə parçalanır və yararsızlaşır. Lakin unutmamalıyıq ki, istədiyiniz qədər qoxunu azaldan vasitələrə əl atsanız da, insan yaşayan, nəfəs alıb verən bir kimya fabrikidir.

Yediklərimizlə yanaşı, ağzımızda yaşayan bəlli bakteriyalar, hətta məlum xəstəlikləri daşıyıcısı olub-olmadığımızı belə, nəfəsimiz və tərimizin iyini müəyyənləşdirir.

Elm adamları nəfəs verdikdə çıxan molekulları nəzərdən keçirərək ağ ciyər xərçəngini müəyyənləşdirmənin mümkünlüyünü anlamağa çalışır. Qan, sidik və ya toxuma nümunələrindəki qoxunu analiz edən elektron qoxu alma cihazları ilə, yumurtalıq xərçəngi və ya beyin zədələnməsi kimi xəstəliklərə xas uçucu molekulların müəyyənləşdirə biləcəyi araşdırılır.

İnsanın özündən gələn pis iyləri azaltmaq cəhdi, ümumi ədəb qaydasıdır; ancaq, bu qoxuların mühüm məlumatlar daşıması düşüncəsi maraq doğurur.


Seçilən
76
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17903
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17447
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16661
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15117
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14045
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11928
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
11588
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
10896
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10482
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10152
"Zaur, yenə çaşdın..." - VİDEO
8395
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7215
Minimum əmək haqqı nə qədər arta bilər?
6567
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6313
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5981
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5087
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5063
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4778
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4157