AZ

Ürək üçün xeyirli bitkilər

Müalicəvi bitkilər ta qədimdən müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası zamanı uğurla istifadə olunurdu.  
Onların faydalı təsiri tibb elmində də təsdiq olunub. Bu bitkilər dərman prepartaların hazırlanması zamanı geniş istifadə olunur. Ürək üçün faydalı müalicəvi bitkilər: 1. Yemişan Sakitləşdirir, ürək əzələsini tonuslaşdırır, ürəyin qanla təchiz olunmasını yaxşılaşdırır, aritmiyanı və taxikardiyanı aradan qaldırır, arterial təzyiqini aşağı salır. Ev şəraitində yemişandan təbii dərmanlar hazırlamaq olar: - 1/2 kq tam yetişmiş yemişan həvəngdəstədə əzilir, ora 100 ml qaynanmış su əlavə olunur və vam odda 40 C-yə kimi qızdırılır. Alınmış şirə sıxılır və gündə 3 dəfə 1 xörək qaşığı  olmaqla yeməkdən əvvəl içilir. Bu vasitəni uzun müddət ərzində (bir neçə ay) istifadə etmək olar. Yaşlı insanlar üçün xüsusilə xeyirlidir. - 3 xörək qaşığı quru yemişan meyvələri 1 l-lik termosa tökün və qaynar su əlavə edin. 2 saat dəmlədikdən sonra dəmləməni süzün. Gündə 3-4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı için. 2. Nanə Nanə ürək üçün ən faydalı bitkilərdən biri sayılır. Məhz bu səbəbdən nanə ən populyar ürək dərmanın "validolun" tərkibinə daxildir. Nanə ürək və beyin damarlarını genişləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir. - 2 çay qaşığı xırdalanmış yarpaqlar 1 stəkan qaynar suda dəmlənir və 1 saatdan sonra süzülür. Dəmləmə xırda qurtumlarla gün ərzində içilir. 3. Peyğəmbərgülü Bu bitki taxikardiya zamanı yaxşı kömək edir. - Quru güllərin 2 çay qaşığını 1 stəkan qaynar suda dəmləyin, 1 saatdan sonra süzün, gündə 3 dəfə stəkanın 1/4 hissəsini yeməkdən əvvəl için. 4. Pişikotu kökü Bu ot da ürəyə çox yaxşı təsir edir. Pişikotu kökü tac damarlarını genişləndirir, sakitləşdirir, ürəyin fəaliyyətini yaxşılaşdırır. Bir çox ürək preparatların tərkibinə bu ot daxildir. - 1 xörək qaşığı pişikotu kökü axşamdan 1 stəkan qaynar suda dəmləyin və ertəsi gün axşama kimi xırda qurtumlarla için. - Pişikotu kökü - 2 çay qaşığı, nanə - 2 çay qaşığı, quru yemişan meyvələri - 2 çay qaşığı 1 l-lik termosa tökün, qaynar su əlavə edin və 1 saat ərzində dəmləyin. Sonra dəmləməni süzün və gün ərzində 3-4 dəfə 1 xörək qaşığı için. 5. Boymadərən Bu ot ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirin, ürək ritmini tənzimləyir, arterial təzyiqini aşağı salır. - Boymadərən - 2 çay qaşığı, pişikotu kökü - 3 çay qaşığı, mayaotu toxumu - 2 çay qaşığı, badrənc - 3 çay qaşığı.  Otlar qarışdırılır. 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir, 1 saatdan sonra süzülür. Gündə 4 dəfə 1/4 stəkan içilir. 6. Çaytikanı Aterosklerozun və trombların əmələ gəlməsinin və inkişafın qarşısını alır, sakitləşdirir. Çaytikanı dəmləmə (1 xörək qaşığı meyvələr + 1 xörək qaşığı qaynar su) və mürəbbə şəklində qəbul etmək olar.

Saglamolun.Az





Seçilən
184
16
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18102
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17513
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16730
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15230
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14182
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
12642
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12503
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
11620
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10693
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10389
"Zaur, yenə çaşdın..." - VİDEO
8427
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7299
Minimum əmək haqqı nə qədər arta bilər?
6605
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6426
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6068
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5183
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5152
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4806
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4329