EN

Federasiyanın keçmiş rəhbəri öpüşə görə həbs oluna bilər

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İspaniya prokurorluğu ölkənin Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubialesin 2,5 il həbs cəzası tələb edir.   Manset.az lent.az-a istinadən xəbər verir ki, buna səbəb milli komandanın futbolçusu Cennifer Ermoso ilə dünya çempionatının finalında qalib gəldikdən sonra öpüşməsidir. Rubiales Ermosonun icazəsi olmadan özünü incə göstərib. Luis artıq etdiyi qanun pozuntusuna görə federasiyadan qovulub, həmçinin FİFA-dan 3 illik diskvalifikasiya alıb. Prokurorluq həmçinin məhkəmədən keçmiş məmurun 50 min avro cərimələnməsini və Rubialesin Ermosoya yaxınlaşmasına qadağa qoyulmasını tələb edir.

Lakin İspaniyada Luis Rubialesin əslində həbs olunacağını gözləmirlər.

Chosen
132
10
1

1Sources

Comment ()
Close