AZ

Öpüş qalmaqalı: həbs olunmuşdu, bu gün isə…

Aprelin 2-də İspaniyada hava limanında saxlanılan İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubiales sərbəst buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.

Bundan əvvəl İspaniya prokurorları Rubialesin federasiya prezidenti olarkən yol verdiyi iddia edilən qanun pozuntuları ilə əlaqədar onun həbsinə order vermişdi. Qadın futbolçunu zorakılıqla dodağından öpən Rubialesin 2,5 il həbsi istənilirdi.

İspaniya Mülki Qvardiyası funksioneri saxlayıb, ona ittiham irəli sürüb və sərbəst buraxıb.

Seçilən
89
1
Mənbələr
Şərh ()
Bağla