EN

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Fərid

Bakı, 28 mart, AZƏRTAC

"İslam Əməkdaşlıq Təşkilatı ilə uzun illərdir əməkdaşlıq edirik. Ümid edirəm ki, budəfəki işimiz də uğurlu alınacaq".

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov "Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı - 2024" mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, il ərzində Şuşa şəhərində müxtəlif tədbirlər keçiriləcək: "Gənclər üçün 10-a müxtəlif tədbirin təşkili planlaşdırılıb. Bu tədbirlərə dünya ölkələrindən gənclər qatılacaq. Burada onlara Şuşa şəhərinin azad edilməsində yaxından iştirak edən gənclər nümunə kimi göstəriləcək".

Qeyd edək ki, Şuşa ötən il noyabrın 10-da İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu İcraiyyə Şurasının İstanbulda keçirilən 11-ci iclasında 2024-cü il üçün “Gənclər paytaxtı” seçilib.

Chosen
83
50
1

1Sources

Comment ()
Close