EN

ABŞ-da fövqəladə vəziyyət rejimi uzadılıb

ABŞ prezidenti Cozef Bayden ölkədə fövqəladə vəziyyətin ölkənin kibertəhlükəsizliyinə təhlükə səbəbindən daha bir il uzadılmasına qərar verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ağ Evin saytında məlumat verilib.

Məlumata görə, ABŞ-da fövqəladə vəziyyət 2015-ci il aprelin 1-də tətbiq edilib.

"Kiberməkanda əhəmiyyətli zərərli fəaliyyətlər ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün fövqəladə təhdidlər yaratmaqda davam edir. Odur ki, 2015-ci il aprelin 1-də elan edilən fövqəladə vəziyyət 2024-cü il aprelin 1-dən sonra da qüvvədə qalmaqda davam etməlidir", - deyə bildirilib.

Qeyd edilib ki, qərar "Federal Reyestrdə dərc olunmalı və Konqresə göndərilməlidir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
156
48
Sources
Comment ()
Close