AZ

Ukraynada dövlət müəssisələrinin yarıdan çoxu işləmir

Ukraynada dövlət müəssisələrinin yarıdan çoxu fəaliyyət göstərmir və son beş ildə onların sayı xeyli artıb.

Yenicag.az xəbər verir ki, “Liga.net” nəşri bu barədə Ukraynanın İqtisadiyyat Nazirliyinə istinadla məlumat yayıb. Məlumata görə, Ukraynada ümumilikdə 3 min 116 dövlət müəssisəsi var. Onlardan 845 müəssisə (27 faiz) işləyir və yalnız 475 müəssisə (15 faiz) gəlir əldə edə bilir.

Ölkədə 2019-cu ilin mart ayında 431 dövlət müəssisəsinin özəlləşdirilməsi təklif edilib, lakin pandemiya və iqtisadi vəziyyətin pisləşməsi səbəbindən proqram dayandırılıb.

2022-ci ilin iyulunda Ali Rada iri müəssisələrin özəlləşdirilməsini tənzimləyən yeni qanun layihəsini qəbul edib. Ölkə parlamenti, eyni zamanda silah istehsalı və hərbi texnikanın təmiri ilə məşğul olan zavodların özəlləşdirilməsinə qadağa qoyub.

Seçilən
149
48
Mənbələr
Şərh ()
Bağla