AZ

ABŞ-da fövqəladə vəziyyət rejimi uzadılıb

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden ölkədə fövqəladə vəziyyətin ölkəninkibertəhlükəsizliyinə təhlükə səbəbindən daha bir il uzadılmasınaqərar verib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin saytında məlumatverilib.

Məlumata görə, ABŞ-da fövqəladə vəziyyət 2015-ci il aprelin 1-dətətbiq edilib.

"Kiberməkanda əhəmiyyətli zərərli fəaliyyətlər ABŞ-ın millitəhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün fövqəladətəhdidlər yaratmaqda davam edir. Odur ki, 2015-ci il aprelin 1-dəelan edilən fövqəladə vəziyyət 2024-cü il aprelin 1-dən sonra daqüvvədə qalmaqda davam etməlidir", - deyə bildirilib.

Qeyd edilib ki, qərar "Federal Reyestrdə dərc olunmalı vəKonqresə göndərilməlidir".

Seçilən
154
48
Mənbələr
Şərh ()
Bağla