EN

Ardanın qolu Xavini özündən çıxardı -

“Real Madrid”in futbolçusu Arda Gülerin ilk qolundan sonra “Barselona”nın baş məşqçisi Xavi Hernandez köməkçiləri ilə onun barəsində danışıb. Metbuat.az xəbər verir ki, Xavi Ardanın yaxşı futbolçu olduğunu bildirib. “Defensa Central”ın məlumatına görə, Xavi Ardanı ala bilmədiyinə görə, “Barselona” rəhbərliyini tənqid edib. “Bu uşaq əladır! Əla qol vurdu. Aramızda olmaması ayıbdır.Bu, "Barselona"nın son illərdə etdiyi idman idarəçiliyindəki səhvləri açıq şəkildə ortaya qoyur. Gənc türkün "Real Madrid"lə müqavilə imzalamağa üstünlük verməsini unutmaq olmaz” - Xavi deyib.

Qeyd edək ki, Arda Güler “Real Madrid”in heyətdinə ilk qolunu “Selta”ya vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
171
21

1Sources

Comment ()
Close