AZ

“Barselona” Qvardiola ilə danışıq aparır? – açıqlama

“Barselona”nın idman direktoru Deko Kataloniya klubunun gələcək baş məşqçisi barədə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi aparıcı klublarının məşqçiləri ilə danışıq aparması ilə bağlı yayılan xəbərləri təkzib edib.

“Aydındır ki, biz Qvardiola, Klopp və Arteta kimi top-menecerləri qiymətləndiririk. Onlarla heç bir danışıqlar aparılmır, adlarını çəkməyin mənası yoxdur. Biz heç bir məşqçi ilə danışıqlar aparmırıq”.

Xatırladaq ki, yanvarın sonunda “Barselona”nın hazırkı baş məşqçisi Xavi mövsümün sonunda klubu tərk edəcəyini açıqlamışdı.

Seçilən
131
30
Mənbələr
Şərh ()
Bağla