AZ

Joan Laporta Xavini “Barselona”da qalmağa dilə tutacaq?

“Barselona” prezidenti Joan Laporta “blauqrana”nın baş məşqçisi Xavini cari mövsümün sonunda vəzifəsini tərk etməməyə inandırmağa çalışacaq.

Arena.az bu barədə “Sports.es” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə Laportanın bu işdə “əgər” şərti var. Əgər Xavinin “Barsleona”sı Çempionlar Liqasının 1/4 final mərhələsində rəqibi olan Fransa nəhəngi PSJ-ni məğlub edərək qitənin ən mötəbər klub yarışının yarımfinalına adlaya bilsə, Joan Laporta Xavini dilə tutmağa çalışacaq. Bu halda Xavinin daha bir mövsüm “blauqrana”nın sükanı arxasında qalması mümkündür.

Xatırladaq ki, Xavi yanvar ayının sonunda “Barselona”nın baş məşqçisi vəzifəsini tərk edəcəyini açıqlamışdı.

“Barsleona” ispaniyalı mütəxəssisin bu açıqlamasından bəri, komandanın yeni baş məşqçisinin kimliyi istiqamətində namizədlərini çeşidləyir və hələ də bir qərara gələ bilməyib.

UEFA Çempionlar Liqasında qarşılaşmalara gəlincə, “Barselona” və PSJ arasında ilk oyun aprelin 10-da Parisdə keçiriləcək. Cavab oyunu isə aprelin 16-da Barselonada baş tutacaq.

Seçilən
144
30
Mənbələr
Şərh ()
Bağla