Dünyada ən güclü kvant kompüter yaradılıb

Xəbərin çap versiyası
Tarix: 14-11-2017, 09:30
Dünyada ən güclü kvant kompüter yaradılıb


"IBM" şirkəti 50 kvant nüvəyə malik ilk kompüter prototipi yaradıb. Mütəxəssislərin fikrincə, belə məhsuldarlıq kvant hesablamanın ənənəvi kompüterlərdən üstün olmasını deməyə əsas verir. Hesab olunur ki, 50 kubitdən çox gücə malik sistemlər adi kompüterlərin edə bilmədikləri modelləşdirmə və hesablamaları yerinə yetirir. Bundan başqa, şirkət istifadəçilərə 20 kubit məhsuldarlığa malik "Quantum Experience" "bulud" servisindən yararlanmaq imkanı yaradıb.

SİVİL.AZ
AZƏRTAC-a istinadən bildirir ki, şirkətin məlumatına görə, "IBM" növbəti ildə kvant hesablamalar sahəsində texnologiyaların təkmilləşdirilməsi və yaxşılaşdırılması üzərində işi davam etdirməyi planlaşdırır.

Kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Bu qurğuda ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə olunur. Onun praktiki tətbiqi hələlik sübut edilməyib. Bununla belə, hesab edilir ki, kvant kompüter tranzistorların daim azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun sayəsində də kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssasdır.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz