AZ

Sərhəd dirəklərinin sayı artdıqca…

Azərbaycanın 44 günlük Vətən müharibəsində, eləcə də 23 saatlıq antiterror tədbirləri zamanı qazandığı ardıcıl zəfərlər sayəsində Cənubi Qafqazda yeni reallıqlar yarandı. Həmçinin yeni situasiya  vəziyyət özü ilə bərabər bir çox reallıqları da diktə etməyə başladı. Belə ki, Qarabağda separatizmin məhv edilməsi ilə Rusiya sülhməramlılarının fəaliyyətinə də bölgədə ehtiyac qalmadı. Halbuki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyət müddəti 2025-ci ildə bitirdi. 2024-cü il aprelin 19-da heç bir vasitəçi olmadan Qazaxın Ermənistan tərəfindən işğal olunmuş  4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı), heç bir güllə atılmadan, itki verilmədən Azərbaycana qaytarılması barədə razılıq əldə edildi. Artıq 1991-ci il Almatı Bəyannaməsinə  istinadən bu istiqamətdə delimitasiya və demarkasiya prosesi öz axarı ilə  gedir. Qeyd edək ki, aprelin 23-də Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, iki ölkənin ekspert qrupları tərəfindən yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılmışdır.

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi zamanı dövlətimizin başçısı Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu bildirib. Dövlətimizin başçısı delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Mayın 1-də Bakıda  işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev növbəti dəfə bu məsələdən söz açaraq bildirib ki, sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır: “ Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub”. Dövlətimizin başçısı, həmçinin burğulayıb ki, bu, bir daha göstərir ki, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər: “Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər”.

Nə yazıq ki, bu məsələdə hələ də Ermənistandan öz “məsləhət”lərini əsirgəməyən, təcavüzkarı silahlandıran,  ölkəmizə qarşı əsassız iddialar səsləndirməkdə davam edən Fransa Prezidenti Emmanuel Makron hələ də öndə gedir. Hətta o, Hayastanın daxilindəki radikal revanşist qüvvələri də öz ardınca aparmağa çalışır. Erməninstanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın və sabiq müdafiə naziri Seyran Ohanyanın “fəallaşmalar”ı, yenidən sərsəmləmələri onun sayəsindədir. Onlar bütün bu işlərin “baiskar”ı Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqla öz iyrənc niyyətlərini getçəkləşdirmək istəyirlər. Sən demə, Nikol kreslosundan uzaqlaşdırılsa, Ermənistan “ağ gün”ə çıxa bilərmiş. Bu isə o deməkdir ki, bu avantüristlər hakimiyyətə gəlmək istəyirlər. Amma onlar hələ də anlamırlar ki, sadə ermənilər onları hakimiyyətdə görməməkdə israrlıdırlar. Elə 44 günlük müharibədən sonra Ermənistanda keçirilən seçkilərdə məğlub Paşinyan hakimiyyətini 70 faizdən çox seçicinin dəstəkləməsi də bunu  göstərmədimi?

Hətta delimitasiya və demarkasiyanı təhlükəli proses kimi dəyərləndirməklə bu kimi məsələlərin referendum yolu ilə həyata keçirilməli olduğunu iddia edənlər də var. Bu biçarələr hələ də anlarmırlar ki, burada söhbət hansısa ölkəyə ərazi verilməsindən getmir. Sərhədlərin müəyyənləşməsi qəbul olunmuş xəritələr əsasında aparılır. Delimitasiya və demarkasiya iki dövlətin hər hansı birinin digərinə gələcəkdə ərazi iddia etməməsi üçün atılan addımdır. Amma erməni cəmiyyətinin böyük əksəriyyəti Azərbaycanla sərhədlərin müəyyənləşməsinin qaçılmaz proses olduğunu başa düşür. Elə bu səbəbdən onlar oskanyanlara, ohanyanlara qoşulmur, etirazlara dəstək vermirlər. Sərhəd dirəklərinin sayı artdıqca bu avantüristlərin daha da azğınlaşacaqları, sancı çəkəcəkləri şəksizdir. Amma erməni bloqger İşxan Verdyanın dediyi kimi,  belələri milçək kimidirlər - hay-küy salırlar, amma heç bir təhlükə yaratmırlar. Nikol Paşinyanın bu hərəkətini cəsarətli addım kimi dəyərləndirən Ermənistan prezidenti Vaaqn Xaçaturyan  təhdidləri vaxtında aradan qaldırmağın vacibliyini vurğulamaqla yanaşı, təxribatlara uymamağa çağırıb. Bütün bunlara rəğmən, Ermənistan parlamenti müxalifətin delimitasiya və demarkasiya ilə bağlı bəyanat layihəsinin parlament iclasının plenar gündəliyinə daxil edilməsindən imtina edib.

Yeri gəlmişkən qeyd edək ki, Baş nazirin müavini Şahin Mustafayevin Xidmətinin məlumatına əsasən, Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. Qeyd edək ki, ilk sərhəd dirəyi aprelin 23-də yerə bərkidilb. Şübhəsiz, delimitasiya və demarkasiya prosesinin praktik olaraq başlanması iki ölkə arasında sülh sazişinə ümidləri artırır. Bu mənada demək olar ki, hər bir dirək sülhün tezliklə bərqərar olacağından xəbər verir. Sülh istəyini reallığa çevirmək üçün isə bu istiqamətdə  daha iri addımlarla irəliləmək tələb olunur.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
129
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1502
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1073
Bu yol qovşağında təmir işləri aparılacaq
706
Sabah 5 kəndin qazı kəsiləcək
525
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
443
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
411
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
378
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
345
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
338
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
318
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
287
Çingiz Mustafayevin toyudur - FOTOLAR
274
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
244
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
202
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
198
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
158
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
115
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
111