Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start veriləcək.
Qol.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da ilk oyununa çıxıb.
Qurban Qurbanovun komandası səfərdə Polşa çempionu "Lex"lə qarşılaşır. "Poznan" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:00-da başlayıb.
Komandalar arasında cavab matçı isə iyulun 12-də Bakıda olacaq.
5 iyul
Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
22:00."Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 1:0 (İkinci hissə)
Qol: İsak, 41
Baş hakim: Xose Luis Munuera
Poznan