AZ

Xəbər alınmayan qadın evdə ölü tapıldı

İstanbulda xəbər alınmayan qadın yaşadığı evdə ölü tapılıb.

News24.az xəbər verir ki, adı məlum olmayan qadının yaxınları ondan xəbər tutmayınca evə gəliblər. Qapını aça bilməyən yaxınları vəziyyəti polisə xəbər verib.

Hadisə yerinə gələn polis qrupları qapını açarkən qadının cansız bədəni ilə qarşılaşıb.

Qeyd edək ki, hadisə yeri araşdırma qrupları evdə çalışdıqdan sonra cəsəd yarılma üçün Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.

Günel Məlikzadə

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla