AZ

Formula-1 tarixinin ən böyük müqaviləsi

“Red Bull” pilotu Maks Ferstappen Formula-1 tarixinin ən böyük müqaviləsinə imza ata bilər.

Valyuta.az İdman.biz-ə istinadən xəbər verir ki, “Mersedes” niderlandlı sürücüyə ilə 150 milyon avroluq maaş təklif etməyə hazırlaşır.

Bundan başqa, Maks komandanın səfiri olacaq. Danışıqların mayın 5-də keçiriləcək Mayami Qran-prisindən start veriləcəyi bildirilib. Müzakirələrdə Ferstappenlə yanaşı atası Yos, eləcə də onun təmsilçisi Raymond Vermalen iştirak edəcək.

Qeyd edək ki, Maks “Red Bull” heyətində 3 dəfə dünya çempionu olunub. Onun komanda ilə müqaviləsi 2028-ci ilə kimi müqaviləsi var.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla