• Şikayət et

Qəza törədən sürücü ƏRAZİDƏN QAÇDI - FOTO

Abşeron rayonu ərazisində avtomobilini dəmir arakəsməyə çırpan sürücü ərazidən uzaqlaşıb.

APA xəbər verir ki, qəza şossesinin Masazır qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb. 

“KİA” markalı nəqliyyat vasitəsini idarə edən şəxs sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın dəmir yol ayrıcına çırpılıb. 

Hadisəni törədən sürücü isə avtomobilini tərk edib. O, qəzanın baş verdiyi ünvandan uzaqlaşıb. 

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. 

Hazırda sürücü axtarışdadır.
 

Mənbə:
0
211
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar