AZ

Rusiya-Ukrayna müharibəsində AKTİVLİK: “Proseslər daha da kəskinləşəcək”

“Sadəcə olaraq el dilində desək, tərəflər uzunmüddətli müharibə üçün arada “nəfəs dərirlər””.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsində qısamüddətli durğunluqdan sonra yenidən yaranan aktivliyin proseslərə necə təsir edəcəyi barədə fikirlərini deyən politoloq Əlabbas Məhərrəmli deyib.

Onun sözlərinə görə, sözügedən müharibə səngiməyib, sadəcə olaraq Azərbaycanın gündəmi tamamilə fərqlidir.

“Əsas olaraq hər kəsin gözü rus slühməramlı kontingentinin Azərbaycandan çıxarılmasında idi. Bu, bizim üçün uğurlu nəticələrdən biridir. Əlavə olaraq, işğal altında olan 4 kəndin qeyri-şərtsiz Azərbaycana geri qaytarılması geniş müzakirələrə səbəb oldu. Yəni ictimaiyyətin diqqətdə saxladığı əsas gündəm mövzusu ölkədaxili məsələlərlə bağlı idi”.

Politoloq qeyd edib ki, nəticədə Rusiya-Ukrayna müharibəsi ölkəmiz üçün ikinci, üçüncü planda dayanırdı:

“Belə olan təqdirdəŞ sanki müharibədə durğunluq yaşandığı hissi duyulurdu. Lakin belə deyil, hərbi əməliyyatlar hələ də davam edir.

Sadəcə olaraq, el dilində desək tərəflər uzunmüddətli müharibə üçün arada “nəfəs dərirlər”. ABŞ-nin Ukraynaya yardım ayırması fonunda proseslər daha da kəskinləşəcək”.

Nəsimi Ələsgərli

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla