Olimpiadada testi müsbət çıxan idmançılarla bağlı açıqlama

Milli Olimpiya Komitəsinin nümayəndəsi Ceyhun Rəhmanov Tokio-2020 Yay Olimpiya Oyunlarında COVID-19 tədbirləri barədə məlumat verib.

“Qafqazinfo”nun xəbərinə görə, o, yerli federasiyaların Tokioya lazımi sayda maska aparmalı olduğunu bildirib:

“Tokio-2020-yə gedən federasiyaların hamısı yetəri sayda maska götürməlidir. Çünki təşkilat komitəsi idmançılara maska verməyəcək. Hər gün idmançılar testlərdən keçiriləcək və vəziyyətləri barədə məlumat verəcəklər. Atletlər Kəndindən çıxmağa icazə yoxdur”.

Həmçinin MOK-un Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Anar Bağırov turnirin gedişində testi müsbət çıxan idmançılardan danışıb: “Testi pozitiv çıxan idmançının vaksini varsa, biz etiraz edəcəyik və o, yenidən test verəcək. Neqativ çıxsa, davam edəcək. Vaksin yoxdursa, etirazımızı qəbul etməyə bilərlər. Əgər Atletlər Kəndində bir yerdə qalan idmançılardan birində virus çıxarsa, digərləri də yarışdan xaric ediləcək”.

Mənbə:
0
26
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar