AZ

Hərbi ekspert: "Rusiya-Ukrayna müharibəsində Rusiyanın ən böyük mütəffiqi Belarusiyadır"

Belarus hərbi doktrinasında dəyişiklik edilib. Beləliklə, dəyişiklikdə Belarusuyanın müttəfiqlərinə hərbi yardım göstərilməsiniəksini tapıb. Əgər müttəfiqlərdən hər hansı birinə hücum olarsa, Belarusiyanın müharibəyə qoşulma ehtimalı ola bilərmi?

Mövzu ilə bağlı suallarımızı cavablayan  hərbi ekspert Anar Həsənov bildirib ki, Rusiya-Ukrayna müharibəsində Rusiyanın ən böyük mütəffiqi Belarusiyadır:

Rusiya-Ukrayna müharibəsinin gedişatı zamanı Belarusiyaya bir neçə dəfə dron hücumları cəhdi olsa da, bunun qarşısı alındı. Belarusiya Rusiya-Ukrayna müharibəsində Rusiyaya ən yaxın müttəfiqlərdən biridir. Təbii ki, bu doktrinanın dəyişdirilməsi həm də Belarusiyanın siyasi və hərbi gedişlərinin ortaya qoyulması deməkdir. Bütün hallarda Belarusiya kifayət qədər Rusiyaya kömək edib və etməkdə də davam edir. Belarusiya Rusiya ilə hərbi, regional təhlükəsizliyin birgə təmin olunmasına dair saziş imzalayıb. 2022-ci ildə sazişdə  nüvə silahlarının yerləşdirilməsi ilə bağlı dəyişikliklər edilib. Bu da onu deməyə əsas verir ki, Rusiyanın ən yaxın olan müttəfiqi olan Belarusiya təhlükə yaranarsa, birbaşa müharibəyə cəlb oluna bilər. Eyni zamanda, bu doktrinanın dəyişdirilməsi həm də Belarusiyanın Rusiyanın yanında olması deməkdir”.

Emin ŞİRVANZADƏ

Seçilən
117
50
Mənbələr
Şərh ()
Bağla