AZ

Yüzlərlə tacik Rusiya-Qazaxıstan sərhədində İLİŞİB QALIB – VİDEO

Tacikistan vətəndaşları Rusiya-Qazaxıstan sərhədində ilişib qalıblar.

İnterpress.az xəbər verir ki, bu barədə sərhəddə ilişib qalan taciklər tərəfindən çəkilmiş video çəkilişi əldə edən xəbər portalı məlumat yayıb.

İki yüzdən çox Tacikistan vətəndaşı Qazaxıstan-Rusiya sərhədinin Orenburq hissəsində, Saqarçin avtomobil keçid məntəqəsində neytral zonada ilişib qalıb.

Videonun müəllifinin sözlərinə görə, 180 avtomobildə yüzlərlə Tacikistan vətəndaşı təxminən üç gündür, aprelin 22-dən neytral zonadadır.

Nə üçün Rusiya ərazisinə buraxılmadıqlarını soruşduqda, sərhədçilər “sistem işləmir” cavabını verir.

Buna görə də taciklərdən neytral zonanı tərk edərək Qazaxıstana getmələri xahiş olunur. Eyni zamanda, Qazaxıstan sərhədçiləri taciklərin Rusiyaya buraxılmaması ilə bağlı akt tələb edirlər.

Tatarıstan Respublikasının Rusiyadakı səfirliyi aydınlaşdırıb ki, insanlar Saqarçin beynəlxalq keçid məntəqəsi vasitəsilə Orenburq vilayətinə daxil olmaq fürsətini gözləyirlər.

Qeyd olunur ki, vəziyyət Orenburqdakı tacik diasporunun rəhbərinin nəzarətindədir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla