• Şikayət et

İlhamə Quliyevanın oğulluğunun Ukraynadakı restoranına mərmi düşdü – Obyekti dağıldı

Xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun Ukraynadakı biznesinə ağır zərbə dəyib.

Gundem.az-ın məlumatına görə, Nadirovun Kiyevin şimalındakı Obolon rayonunda icarəyə götürdüyü restorana mərmi düşüb və obyekt dağılıb.

“7 gözəl” adlanan restoranı o, başqa bir azərbaycanlı şərikiylə ortaq işlədirmiş. Məlumata görə, onun Borispol rayonundakı bir obyekti də zərər çəkib.

Xatırladaq ki, Orxan ötən ilin martında Azərbaycandan Ukraynaya köçüb. O, xalq artistinin ölümündən sonra baş vermiş qalmaqallardan sonra Bakını tərk edib.

Qeyd edək ki, İlhamə Quliyeva 2016-cı il fevralın 25-də tromboemboliyadan vəfat edib. Xalq artistinin ölümündən sonra Orxan vərəsəlik üçün məhkəməyə müraciət etmişdi. Məhkəmə isə İ.Quliyevanın mirasının bacılarına verilməsi haqda qərar çıxarmışdı.

Bununla belə, iddialara görə analığının varidatının bir hissəsinə sahiblənməyi bacaran Orxan həmin pulla da Ukraynada biznes qurmuşdu.

Mənbə:
0
1179
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar