AZ

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi. Bu məqamda icra hakimiyyətlərinin taleyi sual yaradır. İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz oluna bilərmi?

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az- a açıqlama verib.

Politoloq icra hakimiyyətlərinin ləğvi referendumdan sonra baş verə biləcəyini bildiirb:

"Prezident seçkilərindən sonra bələdiyyələr ilə bağlı müəyyən qanun qəbul olundu. Bələdiyyələrin sayı azaldıldı. Bu il bildiyiniz kimi müvafiq qanuna uyğun olaraq bələdiyyə seçkiləri keçiriləcək. Əvvəl 1600 çox bələdiyyə var idi, artıq bu say 700 endiriləcək.
Prezidentin xüsusi nümayəndəliyi Qarabağda öz effektiliyi sübut edir. Həmin idarəetmə özünü doğruldur. İcra hakimiyyətində dəyişikliyin olması üçün konstitusiyada dəyişiklik olmalıdır, referendum keçirilməlidir. Hazırda Azərbaycanda referendum gözlənilmir. İcra haimiyyətlərinin ləğv edilməsi gözlənilmir. Qeyd edilirdi ki, referendum olacaq, amma bu baş tutmadı. Bələdiyyələrin hüquqları artırılacaq. İcra hakimiyyətlərinin ləğvi referendumdan sonra baş verə bilər. Ancaq Konstitusiya islahatından sonra icra hakimiyyəti ləğv oluna, əvəzinə xüsusi nümayəndəlik yaradıla bilər".

Seçilən
9
11
Mənbələr
Şərh ()
Bağla