AZ

Sonuncu yeni yardım paketi...

ABŞ-ın 61 milyard dollarlıq yeni yardım paketi Ukrayna üçün sonuncu ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə “Business Insider” ekspertlərə istinadla yazır.

Məqalədə onlardan biri sitat gətirilir: “Bu münaqişədə iştirak edən hər kəs bu yardım paketinə sonuncu kimi yanaşmalı və öz planlarını ona uyğun qurmalıdır”.

Bir müddət əvvəl amerikalı milyarder Devid Saks ABŞ Konqresinin Nümayəndələr Palatasının Kiyevə 61 milyard dollar ayrılması haqqında qanun layihəsinin qəbulunun Ukraynanı dağılmaqdan xilas etməyəcəyini bildirib.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla