Huawei Snapdragon 898 prosessorlu smartfonları satışa çıxarda biləcək


    ABŞ hökuməti tərəfindən təyin edilmiş sanksiyalara baxmayaraq Huawei şirkəti Snapdragon 888 prosessoruna sahib P50 smartfon seriyasnı təqdim etməyi bacarıb. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən şirkət gələn il öz smartfonlarında həmçinin Snapdragon 898 prosessorundan da istifadə edə biləcək. İnsayder bildirib ki, Huawei 5G dəstəyinə sahib olmayan Snapdragon 898 prosessorlu smartfonları satışa çıxarda bilər. Qeyd etmək lazımdır ki, yayda təqdim edilmiş Huawei P50 smartfon seriyasının Snapdragon 888 prosessorlu modelləri də 5G dəstəyinə sahib deyillər.

    Çox güman ki, payız fəslində təqdimatı gözlənilən Mate 50 smartfon seriyasında da Snapdragon prosessorundan istifadə olunacaq. Bununla yanaşı Huawei öz smartfonlarında 6 nanometrlik Snapdragon 778G prosessorundan istifadə edə bilər. Qeyd etmək lazımdır ki, bu prosessor ilk dəfə Honor 50 Honor 50 Pro smartfonlarına quraşdırılıb. Lakin Huawei şirkətinin bu prosessordan istifadəsi halında da smartfonlar 5G dəstəyinə sahib olmayacaqlar. İnsayder həmçinin bildirib ki, şirkət MediaTek ilə də əməkdaşlıq edə bilər. Lakin tərəflər arasında hələ müqavilə bağlanmayıb.


Mənbə:
0
214
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar