AZ

Argentinada iki qatar toqquşdu - Onlarla yaralı var

Argentinanın paytaxtı Buenos-Ayresdə sərnişin qatarı yük qatarı ilə toqquşub. SİA xəbər verir ki, bu barədə yerli TN telekanalı məlumat verib.

Bildirilib ki, toqquşma dəmiryolu keçidində baş verib.

Şəhərin meri Xorxe Matri hadisə nəticəsində azı 60 nəfərin xəsarət aldığını bildirib. Yaralıların yarısı xəstəxanaya yerləşdirilib.

“40 dəqiqədən biraz çox zaman ərzində biz bütün yaralıları təxliyə edə bildik. İki yaralı helikopterlə gətirilib”, - deyə o qeyd edib.

Hazırda xilasedicilər yaralıların təxliyəsini davam etdirirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
5
sia.az

6Mənbələr