AZ

AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi - FOTO

İtalyan elektron triosu Meduza, “Qremmi” mükafatına namizəd ABŞ pop-rok qrupu “OneRepublic” və alman müğənni “Leony” AVRO-2024-ün rəsmi mahnısını təqdim ediblər.

Bu barədə UEFA-nın saytında məlumat verilib.

Mahnı “Fire” (alov) adlanır.

Azarkeşlər iyulun 14-də Berlindəki Olimpiya Stadionunda AVRO-2024-ün bağlanış mərasimində, üç sənətçinin ifa etdiyi mahnını canlı dinləmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Berlin, Köln, Frankfurt-Mayn, Gelzenkirxen, Hamburq, Leypsiq, Münhen, Ştutqart və Dortmundda keçiriləcək.

Mənbə: rbc.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
5
oxu.az

10Mənbələr