Dron narkotik bağlamasını səhvən uşaq bağçasına düşürdü

ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib.

Dron isə yaxınlıqdakı dayanacağa enib. Bu zaman dərhal minik maşını gələrək dronu götürüb.

Narkotik bağlaması hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən açılıb. Bağlamanın içərisindən bir kilodan çox marixuana, tütün, üç mobil telefon, alışqan və USB çıxıb. 

Polis Virciniya Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Qrupu ilə birgə araşdırmaya başlayıb.

Mənbə:
0
31
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar