AZ

Avstriyadan rus diplomatlarına QADAĞA – “İcazə verilmir!”

Avstriya hakimiyyəti Rusiya və Belarus nümayəndə heyətlərinin Mauthauzen həbs düşərgəsinin azad edilməsi ilə bağlı anım mərasimində iştirakına icazə verməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya səfirliyi məlumat yayıb.

İmtina Avstriya Mauthauzen Komitəsi tərəfindən verilib. “Təşkilatçılar bununla kifayətlənməyib və Avstriyadakı ruslara da iştirakdan çəkinməyi tövsiyə ediblər”, – Rusiya səfirliyi əlavə edib.

Xatırladaq ki, 2022-ci ilin mayında Rusiyanın Polşadakı səfiri Sergey Andreyev sovet əsgərlərinin məzarı üzərinə əklil qoyarkən qırmızı boya ilə boyanmışdı. 2023-cü ilin aprelində Rusiya səfirliyinə ABŞ-da sovet və amerikalı əsgərlərin xatirəsinə əklil qoymağa icazə verilməyib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla