AZ

Tanınmış reperin həyat yoldaşı alt paltarında restorana getdi

Amerikalı reper Kanye Uestin həyat yoldaşı Bianca Censori açıq-saçıq libasda ictimaiyyət qarşısına çıxıb.

KONKRET.az xəbər verir ki, müvafiq kadrları Daily Mail nəşri yayıb.

Dizayner həyat yoldaşı ilə Qərbi Hollivuddakı restoranlardan birinə şam yeməyinə yollanıb və orada paparassilərə tuş gəlib. Məşhur ağ top və çiçək naxışlı və hündür belli şortda çəkilib. Eyni zamanda, yerləşdirilən kadrlardan görünür ki, o, büstqalter taxmaqdan da imtina edib.

Uest isə geniş şalvar və cibli böyük ölçülü sviterdən ibarət ağ kostyum geyinib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
124
2
Mənbələr
Şərh ()
Bağla