Dietoloq: Düzgün qidalanaraq arıqlamaq mümkündür

Sağlam yaşamağın ən düzgün yolu ilk növbədə insanın düzgün qidalanmasından asılıdır. Gün ərzində qəbul etdiyimiz qidalar orqanizmin gündəlik ehtiyac duyduğu vitamin və mineralları təmin etməlidir. Hər bir şeyin ölçüdən artıq qəbul edilməsi, təbii ki, xoşagəlməz halların yaranmasına səbəb ola bilər. Bu gün piylənmədən əziyyət çəkən milyonlarla insan var. Demək olar ki, köklük qlobal problemə çevrilib. Düzgün qidalanmamaq, stress, müxtəlif problemlər  insanın kökəlməsinə səbəb olur. Bir çoxları arıqlamaq və gözəl bədən quruluşuna sahib olmaq üçün müxtəlif üsullara əl atır. Lakin unutmaq lazım deyil ki, düzgün qidalanaraq da arıqlamaq mümkündür. Mövzu ilə bağlı dietoloq-nutrioloq Nərminə Mahmudova ilə həmsöhbət olduq. Azerforum.com  Pressa.az-a istinadən həmin müsahibəni sizlərə təqdim edir:

1. Dünyanın ən aktual probleminə çevrilən piylənmənin əsas səbəbləri

- Piylənmənin əsas səbəbi bədənə qida ilə daxil olan enerjinin maddələr mübadiləsi və fiziki işlərin sərf etdiyi enerjidən çox olması və nəticədə artan enerjinin yağ şəklində yığılmasıdır.
Rejimsiz qidalanma, birtərəfli qidalanma, azhərəkətli həyat tərzi, hormonal pozğunluqlar, həddindən çox qidalanma və müxtəlif səbəblərdən maddələr mübadiləsinin pozulmasıdır. Genetik faktor da çəki artımının səbəbləri sırasındadır.

2. Piylənmənin qarşısını almaq üçün nə etməli?

- Piylənmənin qarşısını almaq üçün ailədən gələn qida vərdişlərini aradan qaldırmaq lazımdır. Maarifləndirməyə böyük ehtiyac var. Piylənmə bütün dünyanın problemidir. İnsanların iş, qida vərdişlərinin düzgün qurulmaması, qeyri-aktiv həyat tərzi, qeyri-sağlam qidalar piylənmənin əsas səbəblərindəndir. Sağlamlığa fikir vermək, aktiv həyatla məşğul olmaq, rejimlə qidalanmaq mütləqdir.
Piylənmənin irsiyyətdən asılıq faizi çox aşağıdır, çünki piylənmə birbaşa insanın özündən asılıdır. Sağlam və formada olmaq insanın öz əlindədir.

3. Dieta deyəndə nə nəzərdə tutulur?

İstər şəxsi həyat, istərsə də iş həyatında və ya digər sosial ortamlarda insanların bir-birlərində ən çox diqqət etdiyi nöqtə xarici görünüşləridir. Әn azından xarici görünüş birinin haqqında ilkin fikrin yaranması adına önəmlidir. Çünki iki yad insan bir-biri ilə tanış olanda ağıllarında olan ilkin təəssürat xarici görünüşə görə müəyyən edilir və bundan ən çox əziyyət çəkən kilolu insanlar olur. 
İnsanlarda meydana gələn bu düşüncəni ortadan qaldırmaq hardasa imkansız olacağı üçün artıq çəkilərindən əziyyət çəkən insanların bu kimi mənfiliklərlə qarşılaşmaması və sağlam olması üçün özlərində dəyişiklik etmələri lazım gəlir. Ediləsi dəyişiklik anladığımız kimi artıq kilolardan azad olmaq və daha sağlıqlı bir bədənə sahib olmaqdır. Sağlıqlı bir dieta sayəsində rahatlıqla kilolarınızdan xilas olmanız mümkündür.

4. Sonda, formada qalmaq üçün, kökəlməmək üçün tövsiyyələriniz

- Davamlı idman etmək: İdman etmədən pəhriz bir nəticə vermir. Pəhrizlə idmanı yanaşı etməlisiniz. 

Mütəxəssislə görüşün: Mütəxəssis arıqlama prosesini sürətləndirəcək.

Yaxşı dincəlin və yatın: Əzələlərinizin formalaşması idman zamanı yox, yuxu əsnasında baş verir. Yuxuda qan dövrünı sürətlənir.

P.S. Biz də öz növbəmizdə sizlərə sağlam həyat tərzi yaşamağı arzu edirik!

0
1103
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar