AZ

Türkiyənin gündəmi birdən-birə DƏYİŞDİ - Ərdoğan SƏRT GÖSTRİŞ VERDİ

Prezident Ərdoğan Türkiyədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb. “Türkiyə” qəzetinin ötən gün yaydığı məlumata görə, daha əvvəl Ankara Təhlükəsizlik Müdirliyindən bir neçə əməkdaş işdən çıxarılıb. Onlar “Ayxan Bora Kaplan” cinayət təşkilatı ilə əlaqədə olmaqda ittiham olunublar. Rəqəmsal materialları ələ keçirmək ittihamı ilə işdən qovulan polis məmurlarının evlərində axtarış aparılıb.


Prezidentin müttəfiqi, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı parlamentdəki fraksiya iclasında bildirib ki, baş verənlər Ərdoğanı devirmək üçün sui-qəsdin olduğunu göstərə bilər. Bununla əlaqədar olaraq, Baxçalı əməliyyatları yalnız bir neçə polis əməkdaşının işdən çıxarılması ilə məhdudlaşmamağa çağırıb.


Məhz bu baş verənlər fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən gecə saatlarında MİT rəisi İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunçla görüşüb. Təcili toplantı MHP sədri Dövlət Baxçalının dövlət çevrilişi ehtimalı ilə bağlı xəbərdarlığıyla əlaqəlidir. Baxçalı polis və məhkəmə sistemində dövlət çevrilişi hazırlayan şəbəkənin olduğunu bildirmişdi. Nəşr bu kontekstdə bəzi Qərb və bölgə dövlətlərinin adlarını çəkib.


Bəs son günlər qardaş ölkədə baş verən hadisələr nədən qaynaqlanır?


Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Referans.az-a açıqlamasında deyib ki, son günlər Cənubi Qafqaz ölkələri Qərbin hədəfindədir:


“Qərb dairələr son zamanlar Qafqaz bölgələrinə hücum edirlər. Gürcüstanda vəziyyət olduqca pik həddədir. Ermənistanda kilsənin siyasi proseslərə qatılmasını biabırçı şəkildə dəstəkləyirlər. Biz son günlər müşahidə edirik ki, Ermənistanda müharibə ruhunu yenidən aktullaşdırmaq istəyirlər, rəzil şəkildə siyasi proseslər gedir. Ermənistanın daxilində açıq-aşkar Qərbpərsət mövqedə çıxış edən siyasi partiyalar və birliklər var. Onlar həm maddi, həm də təlimati dəstək alırlar. Qərb Qafqaz bölgəsində İran, Rusiya və əsas da Türkiyənin fəallığını həzm edə bilmir. Bəli! Rusiya özünə məxsus şəkildə müdafiə sistemini qurub. İran milli proqramı səviyyəsində bu məsələlərlə məşğuldur”.


Politoloq qeyd edib ki,  guya Türkiyənin adı müttəfiq kimi səslənir, amma əslində biz Qərbin, xüsusən də, ABŞ-ın münasibətini nəzərə alsaq, görərik ki, bu heç də sağlam və dərin müttəfiqlik münasibəti deyil: “Amerikanın xaişi ilə Türkiyə İsveçin və Finlandiyanın NATO-ya qəbul olunmasının qarşısını almadı, halbuki onlar bunu istəmirdi. Onun müqavilində isə ABŞ Türkiyəyə həm hərbi , həm F-16 təyyarələri, həm də digər lazımi dəstəyi verəcəyinə inandırmışdı. Türkiyə öz sözünün üstündə durdu, amma Amerika durmadı və fakitiki olaraq Ankara aldadıldı”.

Tofiq Abbasovun sözlərinə görə, bütün bu baş verənlər Türkiyənin Qərblə münasibətlərində gərginlik olduğundan xəbər verir və hazırda Türkiyənin daxilində bir növ xaos yaratmağa çalışırlar. Hazırki Türkiyə hakimiyyəti Qərb dairələrini qane etmir.


“Öz suveren hüquqlarını qoruyub saxlayan hakimiyyətlər heç bir zaman Qərbi qane etmir. Buna görə də, onlar çalışırlar ki, bu ölkələrin hamısında daxili qarşıdurma yaransın. Onlara lazımdır ki, hazırda dörd dövlətdə - Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanda istənilən növ qarşıdurma çaxnaşma baş versin. Baxın, İranda vəziyyəti birdən-birə necə dəyişmişdilər? Hicab məsələsini gündəmə gətirib aləmi bir-birinə vurmuşdular”, - deyə Tofiq Abbasov əlavə edib.


Aqil Qarayev

Referans Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3281
50
referans.az

10Mənbələr